Azərbaycan-Özbəkistan birgə Hökumətlərarası Komissiyanın növbəti 13-cü iclası bu ilin iyul ayında keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“Bu gün biz Qubada iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafına yönəlmiş 2-ci Azərbaycan-Özbəkistan Biznes Forumunu keçiririk. Lakin bu, iki ölkə arasında bu il üçün nəzərdə tutulan sonuncu belə tədbir olmayacaq. Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının növbəti iclası iyulda baş tutacaq”, - o bildirib.
AZPROMO-nun İcraçı direktor qeyd edib ki, avqustda Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri planlaşdırılır və bu da iki ölkəni daha da yaxınlaşdıracaq, əməkdaşlığı genişləndirəcək.
Xatırladaq ki, 2023-cü ildə Şuşada Azərbaycan-Özbəkistan birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub