Özbəkistan azad edilmiş ərazilərin bərpasında bizə qardaş dəstəyi təklif edən ilk ölkələrdən olub. Məlumdur ki, Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin şərəfinə adlandırılan 960 şagird yerlik məktəb hər iki ölkənin prezidentlərinin iştirakı ilə ötən ilin avqustunda təntənəli şəkildə açılıb.
“İki sahil” xəbər verir ki, bu sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azad olunan ərazilərdə tekstil sahəsində birgə iş planlaşdırılır. İlkin mərhələdə 400-dən çox yeni iş yerinin açılışı nəzərdə tutulur”, - deyə nazir bildirib.
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub