Azərbaycanın aqrar sektorundakı dəyişiklikləri anlamaq üçün data texnologiyaları lazımdır.
“İki sahil” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanda şəbəkələşmiş iqlim data mərkəzi yoxdur: "Bütün məlumatlar datalara əsaslanmalıdır. Məsələn, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 500 min fermer barədə məlumat var. Həmçinin, Azərbaycanda 200 min hektar meyvə bağı barədə məlumat var".
"Nazirlik data mərkəzdən sonra aqrar sahədə innovasiyaların genişləndirilməsi üzərində işləyir", - deyə şöbə müdiri əlavə edib.
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub