“ABŞ hökuməti və Ticarət Departamenti Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri ABŞ Ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş 8-ci Trans-Xəzər Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 2 il ərzinə ABŞ-ın Xəzər regionu ilə ticarət dövriyyəsi 40 milyard dollar təşkil edib, idxal və ixrac eyni - 20 milyard dollar olub. “Bu statistika onu göstərir ki, kollektiv səylər nəticəsində ticarət qarşılıqlı ola bilər və hər iki tərəf qarşılqlı hörmət və etimad nəticəsində qurulmuş əməkdaşlıqdan yararlana bilər. Bilirik ki, regiondan keçməklə Avropadan Yaxın Şərq və hətta Uzaq Şərq marşrutu ilə hərəkət edən ticarətin dəyəri artmaqda davam edir. Ona görə də biz regiondakı tərəfdaşlarımızdan tez-tez iqtisadiyyatın diversifikasiyası niyyətləri barədə eşidirik”, - deyə ticarət nazirinin koməkçisi qeyd edib.
O bildirib ki, Ticarət Departamenti həmişə olduğu kimi Xəzər regionu boyunca ticarət əlaqələrinin genişləndirilməsi işinə sadiqdir və bu istiqamətdə birgə işləməyə davam edəcək.
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub