23 may 2024 11:35
466

Son 5 ildə Kannda "Qızıl Palma" mükafatını qazanan filmlər - FOTO

Qızıl Palma Kann Film Festivalının əsas hissəsində verilən ən böyük mükafatdır. Bir neçə gündən sonra 77-ci Beynəlxalq Kann Film Festivalı başlayır. Müsabiqənin proqramında 22 film olacaq. Tamaşaçıların görəcəyi ilk film fransız rejissoru Kuentin Düpyenin “İkinci akt” filmi olacaq. Münsiflər heyətinə amerikalı rejissor, ssenarist, “Kiçik qadınlar”, “Ledi Berd” və “Barbi” kimi filmlərin müəllifi Qreta Qerviq rəhbərlik edəcək.

Amma bundan əvvəl gəlin, son illərdə hansı filmlərin Qızıl Palma budağına sahib olduğuna birlikdə nəzər salaq.

“Düşmə anatomiyası” (Anatomy of a Fall) - 2023

IMDb: 7.7

Filmin baş qəhrəmanı əri pəncərədən yıxılaraq müəmmalı şəkildə ölən alman yazıçı xanımdır. Faciənin yeganə şahidi olan kor oğul anasının günahsız olduğuna şübhə etməyə başlayır və qadın qətldə şübhəli bilinir...

Rejisor: Justine Triet

Aktyorlar: Sandra Hüller, Swann Arlaud, Milo Machado-Graner

“Kədər üçbucağı” (Triangle of Sadness) - 2022

IMDb: 7.3

Filmdə gənc model cütlükləri Karl və Yayanın milyarder sərnişinlər olan super lüks kruiz ilə reallaşdırdıqları səyahət əsnasında yaşadıqları macəra təsvir edilib.

Rejisor: Ruben Östlund

Aktyorlar: Thobias Thorwid, Harris Dickinson, Charlbi Dean

“Titan” - 2021

IMDb: 6.5

Kinomanlar görə, filmin yaradıcıları valideyn sevgisindən məhrum olan qəhrəmanın əvvəlcə insanları sevməyi necə unutduğunu, sonra da onu övladlığa götürən atası və mexaniki övladı sayəsində yenidən sevgi sevinclərini anladığını göstərmək istəyib.

Rejisor: Julia Ducournau

Aktyorlar: Vincent Lindon, Agathe Rousselle, Garance Marillier

“Parazit” - 2019

IMDb: 8.5

“Parazit” biri varlı, biri kasıb iki ailənin həyatı vasitəsilə köklü sosial təbəqə sistemini təsvir edən ailə satirasıdır.

Rejisor: Bong Joon Ho

Aktyorlar: Song Kang-ho, Lee Sun-kyun, Cho Yeo-jeong

“Shoplifters” - 2018

IMDb: 7.9

Tokionun gecəqondularında qeyri-funksional bir qrup yad adamı sədaqət, xırda oğurluq və hiyləgər fırıldaqçılığa olan bağlılıqları  birləşdirir. Kiçik oğul həbs edildikdə, onların zəif və gizli həyatlarını alt-üst edən sirlər ortaya çıxır.

Rejisor: Kore-eda Hirokazu

Aktyorlar:Lily Franky, Sakura Andô, Kirin Kiki

Nigar Orucova, “İki sahil”