Azərbaycanda aprel ayında qeydə alınmış 0 % aylıq inflyasiya yaxşı göstərici deyil, amma 16-17 % inflyasiya da yaxşı hal deyil.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli - 4-5 % olsun. Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə bağlı hədəfi 4-6 %-dir", - deyə o qeyd edib.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR