23 may 2024 19:03
523

Dərini qidalandırır, çəki atmağa kömək edir - Qara tutun faydaları

Artıq isti havalar özünü göstərməyə başlayıb. Mövsümün ən sevimli meyvələrindən olan qara tutu yeməyin əsl vaxtıdır. Bu meyvənin ehtiva etdiyi vitamin və minerallar sağlamlığın keşiyində dayanır, bir çox xəstəliyə əlac olur.

Dietoloq Gülçin Işık “CNN-Türk”ə qara tutun faydalarından danışıb.

Dietoloq Gülçin Işık  bildirib ki, yüksək antioksidant tərkibi dedikdə ağla həm də ürək-damar sağlamlığı gəlir. Bu problemi olan şəxslərin porsiya nəzarətinə diqqət yetirərək tut istehlak etməsi xüsusilə vacibdir. Tərkibində çoxlu miqdarda sərbəst radikallar və polifenollar var. Həmçinin qan təzyiqini tənzimləyərək ürək sağlamlığını da dəstəkləyir. Vitamin-mineral anbarı olan qara tut C vitamini, K vitamini, dəmir, kalium kimi minerallarla olduqca zəngindir. B qrupu vitaminləri və maqnezium tərkibli olan bu meyvə tam bir müalicə mənbəyidir.

Liflə zəngin...

Qara tut liflə o qədər zəngindir ki, gündə 1 porsiya qəbul etməklə gündəlik ehtiyacınızın 10 faizini təmin edə bilərsiniz. Eyni zamanda, antosiyaninlərlə zəngin olduğu üçün xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.

Xolesterini azaldır

Ürək sağlamlığını qoruması baxımından əlavə olaraq, onun xolesterinin aşağı saldığını da qeyd etmək lazımdır. Xüsusilə meyvələrin həddindən artıq istehlakında xolesterinin artması müşahidə olunsa da, porsiyaya diqqət yetirilsə, xolesterinin balanslaşdırıcı olduğunu söyləmək mümkündür.

Dərini qidalandırır

Qara tutun tərkibindəki vitamin və minerallar, həmçinin lif və antioksidanlar sayəsində dəri sağlamlığına faydalı olduğunu söyləyə bilərik. Bu inqrediyentlər kollagen istehsalını artıraraq dərinin sağlamlığını dəstəkləyir, onun canlılığını qoruyur və parlaq edir. Qara tutun istehlakında diqqətli olmaq lazımdır. Hamilələr və ya şəkərli diabet xəstələri həkimləri ilə məsləhətləşərək pəhrizlərinə bu meyvəni əlavə edə bilərlər.

Çəki atmağa kömək edir

100 qram qara tut təxminən 85 kaloriyə malikdir. Təklif olunan miqdar 30 qrama bərabərdir. Beləliklə, bir porsiya qara tutun 25-30 kalori olması mümkündür. Arıqlamaq istəyən şəxslər gündəlik meyvə istehlakında rahatlıqla üstünlük verə biləcəyi bir meyvədir. İstəyənlər birbaşa budaqdan istehlak edə bildikləri kimi, qatıq və ya kefirə əlavə edərək də yeyə bilərlər.

Qan azlığını aradan qaldırır

Bu meyvə təkcə olduğu kimi deyil, həm də özü, suyu, qarışığı, şirəsi də hazırlanır. Qan azlığı olan insanlar üçün qara tut əvəzolunmaz qidadır. Ancaq tək başına bu kifayət deyil. Bun unla yanaşı, dəmiri yüksək olan digər qidalar da istehlak edilməlidir.

Diqqət!

Allergik reaksiyaları olan şəxslər qara tutu istehlak etməzdən əvvəl mütəxəssislə məsləhətləşməlidirlər. Allergik reaksiyaların yaranma ehtimalı yüksək olduğundan onu istehlak edərkən diqqətli olmaq lazımdır.

Nigar Orucova, “İki sahil”