Hazırda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) potensialının artırması həyata keçirilir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov AZSTAND-ın təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün Bakıda keçirdiyi “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminarda bildirib.
"Bu baxımdan mütəxəssislərin səviyyəsinin artırılmasına çox böyük diqqət yetirilir. Bu gün Bakıda bu tədbirin keçirilməsi çox vacibdir. Hazırda bazara nəzarət üzərində iş aparılır, mövcud qanunvericiliyə yenidən baxılır və keyfiyyət infrastruktur sistemimizi beynəlxalq tələblərə uyğun qururuq", - deyə o qeyd edib.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR