27 may 2024 12:16
469

JLO üzüyünü niyə gizlədir?

Son zamanlar Hollivudun məşhur cütlüyü Cennifer Lopez və Ben Afflekin pərəştişkarları narahatdırlar. Belə ki, Cenniferin “Met Gala”ya tək qatılmasından sonra cütlüyün ayrılması ilə bağlı xəbərlər sürətlə yayılmağa başlayıb.

“İki sahil” xəbər verir ki,  sosial şəbəkələrdə insanlar Ben Afflek və Cennifer Lopez arasındakı sevgi münasibətlərinin sona çatdığını müzakirə edirlər. Pərəstişkarları ulduzların boşanmasından çox narahatdırlar.

Qeyd edək ki, daha əvvəl aktyor nikah üzüyü olmadan görüntülənib.

Ötən cümə günü Cennifer Los-Ancelesdə obyektivlərə yaxalanıb. Görüntülərə əsasən, ulduz sol əlini sviterinin qolunun altında gizlətməyə çalışıb. Çox güman ki, bunun səbəbi nikah üzüyünün hələ də onun barmağında olmasıdır. Xatırladaq ki, həmin fotoları Daily Mail nəşr edib.

Ben və J. Lo-nun pərəstişkarları artıq cütlüyün “ayrılmasını” sadəcə olaraq hər ikisinin populyarlığını daha artırmaq məqsədi daşıdığını, yəni bunun sadəcə PR kampaniyası olduğundan şübhələnirdilər. Şərhlərdə pərəstişkarları "Onlar bizimlə qəribə oyunlar oynayırlar" kimi fikirlər yazırlar.

Xatırladaq ki, Lopez və Afflek ayrıldıqdan 20 il sonra yenidən bir araya gəliblər. Cütlük 2022-ci ilin yayında münasibətlərini qanuniləşdiriblər. Toy mərasimləri isə yalnız yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə keçirilib.