27 may 2024 15:21
173

Azərbaycan Mərkəzi Bankının sədrinə yeni müşavir təyin edilib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova yeni müşavir təyin edilib.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Bununla da, müşavirlərin sayı 3-ə çatıb.

A.Bağırov 1988-ci ildə Bakıda anadan olub, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və 2014-cü ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib.

O, əmək fəaliyyətinə 2011-ci ilin fevral ayından “Dəmir Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Dəstəkləmə və müşayiət şöbəsinin Beynəlxalq və kommunal ödəniş bölməsinin I dərəcəli proqramçısı vəzifəsi ilə başlayıb, 2014-cü ilin dekabr ayına qədər Bankın İnformasiya Texnologiyaları departamentinin HELP DESK bölməsində 1-ci dərəcəli mütəxəssis, mütəxəssis vəzifələrində işləyib. 2014-2017-ci illərdə “Express Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək bölməsinin mütəxəssisi, 2017-2021-ci illərdə “PAŞA Bank” ASC-də Məlumat təhlükəsizliyi xidmətləri şöbəsində kiçik analitik, mütəxəssis olub, 2021-2023-cü illərdə Bankın Təhlükəsizlik blokunun Məlumat təhlükəsizliyi xidmətləri şöbəsinin rəhbəri vəzifəsini icra edib, 2023-cü ilin oktyabr ayından indiyə qədər AMB sədrinin ofisi şöbəsində məsləhətçi olub.

Evlidir, bir övladı var.