27 may 2024 15:19
172

Almaniyanın Leninqradın blokadasını soyqırım kimi tanımaması...

Almaniya Leninqradın blokadasını soyqırım kimi tanımamaq qərarına gəlib, baxmayaraq ki, onlar faşistlərin hərəkətləri nəticəsində neçə şəhər sakininin öldüyünü bilirlər.

“İki sahil”  RT-yə istinadla xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Onlar deyirlər ki, yox, belə düşünmürlər. Eyni zamanda, onlar çox yaxşı bilirlər ki, nasist işğalçılarının və onların əlaltılarının əməlləri nəticəsində nə qədər leninqradlı həlak olub”, - deyə Medvedev bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Almaniyanın Leninqradın blokadasını soyqırımı kimi tanımaqdan imtinasını pisləyir.