27 may 2024 16:29
215

Dövlət çevrilişinə cəhddə iştirak edən əcnəbiləri edam gözləyir - GENERAL AÇIQLADI

Uğursuz çevriliş cəhdindən sonra keçən həftə Konqo hakimiyyəti tərəfindən həbs edilən üç ABŞ vətəndaşı və bir Britaniya vətəndaşı ölüm cəzasına məhkum ediləcəklər.

“İki sahil” xəbər verir ki, bu haqda The Times nəşri məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da Konqo Demokratik Respublikasının (KDR) silahlı qüvvələri dövlət çevrilişinə cəhdin qarşısını alıb. Kristian Malanqanın başçılıq etdiyi bir qrup üsyançı prezident Feliks Tşisekedinin Kinşasadakı iqamətgahına basqın etməyə cəhd göstərib. Çevriliş cəhdi uğursuzluğa düçar olub, mühafizəçilərlə atışma zamanı 6 nəfər həlak olub.

Sonradan bəlli olub ki, dövlət çevrilişinə cəhddə dörd xarici vətəndaşın iştirak edib. Konqo ordusunun sözçüsü briqada generalı Silvain Ekenge “The Times”a bildirib ki,  hazırda onlar dindirilir. Onların arasında amerikalının qaçmağa çalışarkən tutulduğu bildirilib. Digər tutulanlar Tayler Thompson, Benjamin Zalman-Polun və Ezangi Yussufdur.

“Hazırda onların dindirilməsi davam edir. Bundan sonra onları adi məhkəmə yox, hərbi tribunal mühakimə edəcək”, - deyə briqada generalı bildirib. Onun sözlərinə görə, Konqoda ölüm hökmünə qoyulan moratoriumun son vaxtlar götürülməsi səbəbindən üsyançılar da bu cəza ilə üzləşə bilər.