27 may 2024 16:44
204

Azərbaycanda ən yaşlı qadın seçicinin 134, kişi seçicinin 109 yaşı var

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

“İki sahil” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, ən yaşı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı seçki məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı seçki məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.