Ukrayna Prezidenti Volodimir Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes təhlükəsizlik haqqında saziş imzalayıblar.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə canlı yayım İspaniya hökumətinin saytında aparılıb.
Bundan əvvəl V.Zelenski müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, yeni hərbi yardım paketinin hazırlanması və Ukrayna hərbçilərinin təlimi məsələsinin müzakirə ediləcəyini bildirib.