Türk Dövlətləri Təşkilatı (TDT) 28 May – Müstəqillik Günü münasibətilə təbrik mesajı yayımlayıb.
“İki sahil” xəbər verir ki, mesaj TDT-nin rəsmi “X” hesabında paylaşılıb.
Təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə edilən təbrikdə deyilir: “28 May – Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Türk dövlətləri arasında qardaşlıq və dostluq prinsipləri əsasında qurulan TDT müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi əsas dəyərlərə sadiq qurumdur.
Azərbaycanın təşkilatımız çərçivəsində tərəfdaşlıq və inteqrasiyanın təşviqinə verdiyi mühüm töhfələr təkcə üzv dövlətlərimiz üçün deyil, həm də bütün region üçün sülhün, sabitliyin, təhlükəsizliyin və rifahın gücləndirilməsində mühüm rol oynayır.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının TDT-yə göstərdiyi davamlı dəstəyə görə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu əlamətdar gündə bütün Azərbaycan xalqına rifah və xoşbəxtlik arzulayıram”.