28 may 2024 12:05
142

Litva XİN başçısı Azərbaycanı təbrik edib

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, müvafiq paylaşım bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Ölkənizdə və bütün regionda davamlı sülh və firavanlıq arzulayıram”, - paylaşımda qeyd edilib.