28 may 2024 19:58
249

Sumqayıtda zəncirvari qəza baş verib

Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

"Kia", "Mercedes" və "Vesta" markalı avtomobillər toqquşması nəticəsində 2 qadın xəsarət alıb.

Onlar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.