28 may 2024 23:49
234

Rusiyanın “Pervıy” kanalının Ermənistanda yayımı dayandırılıb

Rusiyanın “Pervıy” telekanalının Ermənistanda yayımı müvəqqəti olaraq dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan məlumat verib.

Onun sözlərinə görə, televiziya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib və 2,5 aydır ki, telekanalın borcları yığılıb.

Ayrapetyan vurğulayıb ki, yayım müvəqqəti olaraq - borc tam ödənilənə qədər dayandırılıb.