29 may 2024 09:56
345

Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, yarımfinalda "Azəryol" komandası "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la üz-üzə gəlib.

"AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb. "Bakı" isə "Qarabağ"ı məğlub edib - 34:28.

Beləliklə, finalda "Bakı" və "Azəryol" komandaları qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.