Sabah saat 00:00-dan 07:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
“İki sahil” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.
"Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR