“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, keçən həftə gümüş qiymətləri son 11 ilin ən yüksək səviyyəsinə qalxsa da, arbitraj pəncərəsi və ya Çin və dünya qiymətləri arasındakı fərq daha da böyüyüb. Bu, Çinə daha çox metal göndərmək üçün stimul yaradır və potensial olaraq digər ölkələr üçün tədarükü sıxışdırır.
TD Securities Inc. baş əmtəə strateqi Daniel Ghali bildirib ki, Çinə idxal dalğası Qərbdə sərbəst satışı daha da azaldacaq. D.Ghali deyib ki, bu, bazar qiymətləri tərəfindən tutulmur.
Çinin gümüş idxalında son aylarda artım müşahidə olunub. Dekabr ayında təxminən 390 ton ilə son üç ilin ən yüksək səviyyəsinə çatıb. Dekabrdan sonra azalma müşahidə olunsa da aprel ayında yenidən 340 tona çatdı. Beş illik ortalama aylıq idxal 310 ton civarındadır.
Qeyd etmək yerinə düşər ki, Çinin metal ehtiyatları son illərdə günəş enerjisi sənayesindən gələn güclü tələbat səbəbindən azalıb.