Azərbaycanla Rusiya arasında “Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib
İşğaldan azad edilmiş ərazilərdə fermerlər üçün təlim proqramları davam etdirilir