2023-cü ildə 1.3 milyon ton Qazaxıstan xam nefti Bakı-Tiblisi-Ceyhan (BTC) vasitəsi ilə nəql edilib.
“İki sahil” APA-ya istinadla xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov deyib.
O bildirib ki, Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə ixrac edilməsi ilə bağlı yeni razılaşmalar imzalanıb. Bu razılaşmalara görə, Qazaxıstan neftinin Azərbaycan terminalları vasitəsi ilə ötürülən həcminin 2.2 milyon tona çatdırılması planlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib