11 iyun 2024 17:25
248

UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqlayıb

UEFA prezidenti Aleksander Çeferin AVRO-2024-ün əsas favoritlərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, Almaniyanın əsas favorit olduğunu bildirib: “Bilmirəm niyə, amma dostlarıma da dedim ki, Almaniyanı əsas favorit hesab edirəm. İspaniyanı da sıradan çıxarmaq olmaz. Güclülər arasında Belçika, Niderland və Xorvatiya da var. Amma Almaniya, Fransa, İngiltərə və Portuqaliya əsas favoritdir”.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.