Azərbaycana xaricdən köçürülən pulların böyük hissəsi hələ də Rusiyanın payına düşür.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
"Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkədən daxil olan pul baratlarının ümumi məbləğində azalma var. Bu da Ukrayna ilə müharibəyə görədir", - deyə o qeyd edib.
Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib