Azərbaycan hökuməti daxili dövlət borclanmasını təsdiq edilmiş konsepsiyanın parametrləri əsasında həyata keçirir.
“İki sahil” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Hər il daxili və xarici borclanmanın payı dəyişir. Daxili borclanmanın artırılması xarici valyuta ilə bağlı risklərin azaldılması üçün atılan addımdır. Biz daxili bazarımızı inkişaf etdiririk, hökumt olaraq bu proseslərin düzgün yönəldilməsi üçün tədbirlər görürük", - deyə o qeyd edib.
Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib