Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktorunun iki müavini olacaq.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla İcraçı direktorun Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Qeyd edək ki, indiyədək Dövlət Neft Fondunun İcraçı direktorunun bir müavini olub.
Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib