13 iyun 2024 14:23
155

Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Şahmat Federasiyasından "İki sahil"ə verilən məlumata görə, təmsilçimiz 11 turda 8,5 xal toplayaraq üçüncü yeri tutub.

Digər şahmatçılarımızdan Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb. A.Allahevrdiyeva ötən il 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qızıl medalını qazanıb.