15 iyun 2024 00:58
365

Dünyanın ən uzunömürlü insanı Janna Kalmanın qeyri-adi həyatı... FOTO

Fransanın Arle şəhərində 1875-ci il fevralın 21-də anadan olmuş Janna Kalman 122 il 164 gün ömür sürərək 1997-ci il avqustun 4-də dünyasını dəyişib.

Bu barədə Ginesin Rekordlar Kitabı yazıb.

Janna Kalman daha uzun ömür sürdüyünü iddia edənlər olsa da, Kalment Ginnesin Rekordlar Kitabı Kitabına görə "dünyanın ən uzun ömürlü insanı" hesab olunur.

Janna özünün uzunömürlülüyünü hər gün dərisinə hopduğu zeytun yağı ilə zəngin olan pəhrizlə izah edib. Onun pəhrizi əsasən sağlam olsa da, o, şokolad yeməyi xoşlayıb, bəzən həftədə bir kiloqran şokolad yeyib, bundan sonra desert yeyib, balaca stəkan portveyn içib və siqaret çəkib.

İşləməyə zərurət olmadığından Janna zamanının 85 ilini qılıncoynatmaya sərf edib. Eyni zamanda, 100 yaşınadək velosipeddə gəzmə hobbisi olub.

115 yaşına bir ay qalmış Janna yıxılıb və bud sümüyünü sındırıb. Əməliyyatdan sonra o, təkərli kresloda hərəkət edib və öz gün nizamına riayət edə bilməyib.

Ömrü boyu bir çox tarixi hadisələrin şahidi olan Kalment; Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi və Kosmos Əsrini yaşayıb. O, həyatı boyu 17 prezident və 2 papa görüb.

Kalmentin uzunömürlülüyü alimlər tərəfindən də böyük maraq doğurmuşdur. Bir çox tədqiqatlar onun genlərinin və həyat tərzinin uzunömürlülüyündə rol oynadığını sübut etmişdir.

Nigar Orucova, “İki sahil”