14 iyun 2024 22:49
267

Niyə uzunömürlülər arasında vegeterian yoxdur?

Rusiya Qocalma Əleyhinə Tibb Cəmiyyətinin prezidenti, beynəlxalq səviyyədə tanınmış gerontoloq Svetlana Trofimova "Rossiya" kanalında yayımlanan "Ən vacibi haqqında" verilişində zülalların gəncliyi qoruyub saxlamağa necə kömək etdiyini açıqlayıb.

Protein bədənimizin normal fəaliyyəti üçün zəruri olan həyati bir maddədir. Demək olar ki, bütün metabolik proseslərdə iştirak edir. O, toxumaların və orqanların qurulması və bərpasından, həmçinin hormonların sintezinə məsuldur.

Ən yaxşı protein mənbəyi heyvan və balıq ətidir. Bu məhsulların tərkibində təxminən 20% zülal və amin turşusu var ki, bu da insan orqanizmi üçün idealdır.

Bitki mənşəli protein mənbələrinin bir sıra mənfi cəhətləri var: onların zülal konsentrasiyası heyvan mənşəli məhsullardan daha aşağıdır. Bitki zülallarının amin turşusu tərkibi çox vaxt natamam olur, buna görə də orqanizmdə öz zülallarını sintez etmək üçün müəyyən amin turşuları olmaya bilər. Bəzi bitkilərdə isə zülalların həzmini maneə törədən maddələr var.

Mütəxəssis iddia edir ki, uzunömürlü insanlar arasında vegeterianlara rast gəlməyib.

Nubar Süleymanova, “İki sahil”