14 iyun 2024 21:00
257

Nuri Şahin "Borussiya"nın baş məşqçisi təyin olunub

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın "Borussiya" (Dortmund) kollektivinin baş məşqçisi təyin olunub.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 35 yaşlı mütəxəssis ötən gün istefa verən Edin Terziçi əvəzləyib.

N.Şahinlə 2027-ci ilə qədər müqavilə bağlanıb.

Qeyd edək ki, o, daha əvvəl "Borussiya"da Edin Terziçin köməkçisi kimi fəaliyyət göstərib.