14 iyun 2024 21:03
216

G7 liderləri İranı ballistik raketləri Rusiyaya ötürməməyə çağırıb

İtaliyada keçirilən G7 sammitində iştirak edənlər İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıblar.

“İki sahil” ANSA-ya istinadla xəbər verir ki, bu barədə iclasın yekun bəyanatında bildirilib.

Sənəddə deyilir: “İran Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmalıdır, Tehran ballistik raketləri və əlaqəli texnologiyaları ötürməkdən çəkinməlidir”.

G7 liderləri, həmçinin İranı "Yaxın Şərqdə sabitliyi daha da pozarsa" sanksiyaları ilə hədələyiblər.