15 iyun 2024 11:57
268

Şuşa Bəyannaməsinə Qars müqaviləsindən gələn yol: siyasi-hüquqi və hərbi-təhlükəsizlik strategiyası

Bəyannamənin siyasi-tarixi əhəmiyyəti

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il yarım Ermənistan  işğalında olanvə 8 noyabr 2020-ci ildə azad edilən tarixi Şuşa şəhərin də siyasi-hüquqi, hərbi-geostrateji Bəyannamə imzaladılar.Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 iyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921 oktyabr) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan müttəfiqlikdir.

Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini şərtləndirən hansı siyasi-tarixi amillərdir... Bu:  – Məlumdur ki, 1921-cil il Qars anlaşması ilə Türkiyəyə Naxçıvanla bağlı müəyyən mənada zəmanətçi, qoruyucu ölkə statusu verilmişdi. Nəzərə yetirək ki,Türkiyə hələ keçmiş SSRİ-nin mövcud olduğu ərəfədə 1991-ci il 9 noyabrda Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1994-cü il 14 yanvarda iki ölkə arasındadiplomatik əlaqələr quruldu. Qeyd edək ki,1992-ci il 11 avqustda imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” məhz 2011-ci il 26 oktyabrda Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edildi. 

1994-cü ildə iki ölkə arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” imzalanıb və  bu anlaşma ilə əlaqələrin siyasi-hüquqi zəmini formalaşdırıldı. Belə ki, 2007-ci ildən başlayaraq Azərbaycan Türkiyə münasibətlərində Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) iclasları keçirilir. Burada siyasi-hərbi, maddi-texniki təminat və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunur. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Strateji əməkdaşlıq saazişi  imzalanmışdı. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə “bütün imkanlarını istifadə edərək” hücuma uğrayan ölkəni dəstəkləyəcək. (8) Azərbaycan Türkiyə  hərbi əməkdaşlıq məsələlərini araşdıran tədqiqatçı Ahmet Yücenin də qeyd etdiyi kimi: “Azərbaycan Türkiyə hərbi əməkdaşlığında 2010-cu il qarşılıqlı iş birliyi baxımından bir “Zirvə ili” olmuşdur”.  

2010-cu il sentyabrda “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılması haqda Birgə Bəyannamə imzalanmışdı”.

Şuşa Bəyannaməsi strateji və hərbi-təhlükəsizlik mətnində siyasi tarixi əhəmiyyət daşıyır.

Bəyannamənin siyasi-fəlsəfi əhəmiyyəti Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunmasındadır.Ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğu haqda demişdi:  “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşədir. Şuşanı quranlar, yaradanlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar... Bu böyük tarixi abidədir”. 

Bəyannamənin siyasi əhəmiyyəti Azərbaycan-Türkiyə əlaqələrini pik zirvəsinə yüksəltdi və əməkdaşlıqda ən yeni bir mərhələnin başlanğıcına əsas yarandı.Hər iki ölkə ümumi mənafelərinin qorunaraq müdafiəsində imkanların birləşdirilməsi, ortaq maraqları əks edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsi Bəyannamənin əsas şərtidir.

Diqqətə yetirək ki, tarixi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması,torpaqların azad edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilmişdir.

Cənubi Qafqaz regionunda Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyəti sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə, geosiyasi kontekstdə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bölgə dövlətləri arasında münasibətlərin normallaşdırılması və daimi sülhün təmini istiqamətində ölkələrin birgə təşəbbüsləri, bu sahədə səylərin artırılmasıdır. Bu kontekstə nümunə Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaranmasını göstərmək olar.

Bəs, Şuşa Bəyannaməsinin siyasi-beynəlxalq hüquqiəhəmiyyəti nədir?

Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq sənədlərdə tanınan, qəbul edilən sərhədlərin toxunulmazlığı, dövlətlərin bir-birinin daxili işlərinə qarışmama prinsiplərinə riayət edən, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən, hər iki ölkədə müttəfiqliyin qurulmasında siyasi və hüquqi mexanizmlər müəyyənləşdirilmişdir.

Şuşa Bəyannaməsinin strateji-hüquqi əhəmiyyəti Türkiyə və Azərbaycanın beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirməsi, eyni mövqeli ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, həm də  BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verilməsidir.

- Sənədin geostrateji milli mənafelər nəzərdən əhəmiyyəti siyasi, hərbi və təhlükəsizlik istiqamətlərində əlaqələndirilən və birgə fəaliyyətlərin təşviqi, təbliğidir. Tərəflərdən hər hansı birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz olunarsa, birlikdə məsləhətləşmələr aparılması, təhdid və ya işğal təcavüzünün aradan qaldırılmasında BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüslərin həyata keçirilməsi, bir-birinə yardım etməsi, Silahlı Qüvvələrin güc və idarəetmə qurumlarının əlaqələndirilməsinin nəzərdə tutulmasıdır.

Geostrateji təhlükəsizlik sahəsində sənədin əhəmiyyəti - Azərbaycan Silahlı qüvvələrinin müasir tələblər baxımından yenidən formalaşdırılması və modernləşdirilməsində birlikdə fəaliyyət, müdafiə və hərbi təhlükəsizlik sahəsinin möhkəmləndirilməsinə dair tədbirlərin keçirilməsi, hər iki ölkənin müasir texnologiyalara əsaslanan silah və hərbi texnikasının idarə edilməsində əməkdaşlıq, hər iki ölkənin Təhlükəsizlik Şuralarının birlikdə iclaslarının keçirilməsi, milli mənafe və maraqlara zidd regional və beynəlxalq təhlükəsizlik məsələlərinin də müzakirəsinin daxil edilməsidir.

Bəyannamədə digər mühüm əhəmiyyətli komponent ticari-iqtisadi münasibətlərdə  milli iqtisadiyyatların və ixracın şaxələndirilməsində səylərin genişləndirilməsi, malların sərbəst hərəkəti mexanizmlərinin təşkili, Cənub Qaz Dəhlizindənistifadədəqarşılıqlı  əlaqələndirilmə, intellektual nəqliyyat sistemləri texnologiyalarından və beynəlxalq tranzit-nəqliyyat potensialından istifadə, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə, bölgədə yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasıdır.

-Bəyannamənin mədəni-ideoloji əhəmiyyəti - Azərbaycan və türk diasporlarının qarşılıqlı əməkdaşlığının artırılması, ümumi  problemlərdə milli mənafelərin qorunmasında birgə hərəkət, davamlı həmrəylik, tarixi reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması vəməlumatlandırılmasında diaspor fəaliyyətinə dəstəyin verilməsi, Ermənistanın Türkiyəyə qarşı əsası olmayan yalan iddialarının, tarixi faktların saxtalaşdırılaraq təhrif olunması və siyasiləşdirilməsi cəhdlərinin, həmçinin 1915-ci il hadisələrinəobyektiv qiymət verilməsi üçünarxivlərin açılaraq, həqiqi sənədləri əks etdirən araşdırmaların aparılmasıdır.

-Bəyannamədə əhəmiyyətli bir məsələ də Azərbaycan-Türkiyə Media Platformasının aidiyyəti qurumlar arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığının gücləndirilməsi, Türk Həmrəyliyinin daha da möhkəmləndirilməsində fəaliyyətlərə təkan verilməsidir.

Bəyannamənin hədəf və çağırışları nədən ibarətdir?

Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce söyləyir ki: “Ölkələrimizin yaxınlaşması baxımından ən qısa zamanda Türk Dünyası Universitetinin qurulması vacibdir. Cünki, İkinci Qarabağ savaşı zamanı Türkiyə və Azərbaycan tarixdə nümunəsi az olan həmrəylik və qardaşlıq nümayiş etdirdilər”. (2) Bu mənada Bəyannamədə perspektivdə daha geniş sahələri əməkdaşlığa çevirmək üçün BMT Nizamnaməsi, beynəlxalq, regional və ikitərəfli anlaşmaların nəzərə alınması təsbit edildi.

Bəs perspektivdə hədəflər nədir?

Bəyannamənin geosiyasi əhəmiyyətində hədəf eyni zamanda digər türk dövlətləri ilə gələcəkdə sənədlərin imzalanmasıdır.

-Bəyannamənin hədəfi tək iki ölkədə deyil, bütün Cənubi Qafqaz regionunda və ona qonşu ölkələrdə sülhə və əmin-amanlığa, əməkdaşlığa çağırışdır.

–Bəyannamənin hədəfləri ümumtürk dövlətlərinin əməkdaşlığı çərçivəsində faydalı və dəyərli əlaqələr qurulmasıdır. Belə ki, keçmiş SSRİ-nin ərazisində olan və onun süqutundan sonra yaranan, türk dövlətləri arasında münasibətlərin, yenidən qurulmasında qarşılıqlı inam və etibarın bərpa edilməsinin əsasında sərhəd, iqtisadi və milli kimlik problemləri gəlir. Uzun müddət Çar Rusiyası və keçmiş SSRİ tərkibində yaşayan bu xalqların müstəqil yaşamaq və milli dəyərlərini qorumaqda müəyyən çətinlikləri meydana çıxır. Azərbaycanın Vətən müharibəsində Türkiyənin siyasi-mənəvi dəstəyi ilə qazandığı Zəfər bu vəziyyəti dəyişdi və Türk dövlətlərinin öz aralarında yaradacaqları mexanizmlə problemlərin həllinin mümkünlüyü bəlli oldu. Hətta Tacikistan və Qırğızıstan arasında baş verən silahlı münaqişədə Qırğızıstanda məsələnin Türkiyə və türk dünyası tərəfindən həll olunma istəyinə çağırış edildi.

– Digər önəmli cəhət Şuşa Bəyannaməsində təsbit olunan təhlükəsizlik məsələlərində və hərbi sahədə əməkdaşlıqdır ki, perspektivdə strateji sahələrdə ortaq fəaliyyət formaları həyata keçiriləcəkdir. Vurğulayaq ki, Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığı heç bir ölkəyə qarşı deyildir. Çünki, ölkələrin siyasətinin təməlində bölgədə və dünyada qarşılıqlı hörmət, sülh şəraitində yaşamaq prinsipi əsasdır. Bu əməkdaşlıq Cənubi Qafqaz və dünyada sülhə xidmət edəcək sənəddir.

Geostrateji  hədəf baxımdan Şuşa Bəyannaməsinin məzmunundan hasil olan çağırış odur ki, Azərbaycanı hədəf alan öz qarşısında Türkiyəni, Türkiyəyə qarşı çıxan isə  önündə Azərbaycanı görəcəkdir. Türkiyə Prezidenti R.T.Ərdoğan Şuşada söylədiyi kimi “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”. (3)

-Digər perspektiv hədəf Türkiyə Prezidentinin qədim Şuşada Türkiyənin Baş konsulluğunun açılacağını qeyd etməsidir. Baş konsulluq Şuşanın diplomatik və geosiyasi əhəmiyyətini daha da artıracaq,  Şuşanın Azərbaycanın  Qarabağ bölgəsinin  mərkəzi olmasıstatusunu daha da möhkəmlədəcəkdir. Bu konsulluğun açılması Türkiyənin işğaldan azad olunmuş ərazilərdə  bərpa-quruculuq işlərində mühüm rol oynayacağına çağırışıdır.

-Şuşa Bəyannaməsinin hədəfi Bakı və Ankaranın ortaq “Yol xəritəsi”nin yenilənməsidir. İki dövlət bir daha qonşu Ermənistanı barışıq və əməkdaşlığa səslədi, bölgədə geoiqtisadi inteqrasiyaya mane olmamağa və müharibə planlarından imtinayaçağırış etdilər. R.T.Ərdoğan vurğuladığı kimi: “Bakı və Ankara Şuşa Bəyannaməsini imzalamaqla qarşıdakı dövrdə ikitərəfli münasibətlər üçün ”Yol xəritəsi"ni müəyyənləşdirdi". (4)

- Şuşa Bəyannaməsində mühüm hədəflərdən biri də Azərbaycan-Türkiyə münasibətləri kontekstində bölgənin və Türk dünyasının gələcək Yolunun başlanğıcıdır.

-Tərəflər terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə qarşı birgə səy göstərəcək, işğalçı Ermənistandan digər rayonların minalanmış ərazilərinin  xəritələrinin verilməsi tələbini Türkiyə də çağırış edən tərəf kimi çıxış edəcəkdir.

-Bəyannamənin siyasi, hərbi və təhlükəsizlik məsələlərində paralellikdə iqtisadi, ticari, nəqliyyat, tranzit və digər əməkdaşlıq hədəfləri də vacib əhəmiyyət kəsb edir.  Bu da təbiidir. O mənada ki, iqtisadi və maddi maraqları təmin etməklə,siyasi və hərbi müstəvidə istənilən səviyyədə əlaqələr yaratmaq mümkündür.

-Məlumdur ki, Cənubi Qafqazregionu və Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizini daha çox Azərbaycan və Türkiyə təşkil edir. Cənub Qaz Dəhlizindən səmərəli istifadə və daha da inkişaf etdirilməsi üçün səylərin artırılması vacibdir. Həmçinin, qlobal enerji sektorundakı proseslər nəzərə alınaraq, regionun enerji təchizatı təhlükəsizliyi məsələsində elektrik enerjisi sahəsində regional əməkdaşlığın genişləndirilməsi də hədəfdir.

Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması yeni ideya və layihələrin meydana gəlməsi və reallaşmasına şərait yaradacaq. İki ölkənin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti artacaqdır. Bu kontekstdə Naxçıvanla da yerüstü əlaqənin təmin olunması bu dəhlizlə bağlıdır.  Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu da nəzərə alsaq, bu, həm də birbaşa Türkiyə ilə yerüstü əlaqələrin olmasıdır. Bu əlaqənin Türkiyə-Azərbaycanla bahəm bütövlükdə Avropa və Asiya üçün perspektivdə səmərə və mənfəət gətirməsinə hədəflənən çağırışdır.

- Şuşa Bəyannaməsi: 1) bütün türk dünyasının birliyi; 2) regionda sabitliyin, təhlükəsizliyin təminatı; 3)Türkiyə-Azərbaycan əməkdaşlığının ən yeni strateji-hərbi və siyasi-hüquqi istiqamətlər üzrə inkişaf sənədidir.

Şuşa Bəyannaməsinin hədəfləri, çağırışlarından irəli gələn geostrateji-ideoloji və siyasi-hüquqi aktuallıq komponentlərində nələr ehtiva olunur:

-Şuşa Bəyannaməsi öz adında bütün məqamları ehtiva edir. Bu sənədin  məhz Şuşada imzalanması ilə İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar mənzərəsində  dünyaya bir sıra mesajlar verilir. Sənədin imzalanmasında məkan əhəmiyyətli rol daşıyır və hər bir sənəd özündə ehtiva etdiyi məqamlar və hədəflərlə əhəmiyyətlidir. Beynəlxalq sənəddə vaxt və imza ilə yanaşı, yerin nə qədər böyük məna kəsb etməsi önəmlidir. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri, perspektivlərini müəyyənləşdirilən sənədin Şuşada imzalanması, rəmzi məna və mühüm tarixi əhəmiyyət kəsb edir.

Bəyannamə özündə bütün məqamları birləşdirir. Bu:a) Qarabağın təqdimatı, b)tarixi torpaqların dogma sahibinə qayıtması, c) ərazi bütövlüyünün bərpası, d) “Dağlıq Qarabağ”saxta ifadəsinin tarixdə qalması, e) ən əsas Azərbaycanın əzəli mədəniyyət paytaxtı “Şuşa” imzasının tarixləşərək təsbitidir.

-Bəyannamədə göstərilən çağırışlar Qarabağın mərkəzi şəhərlərindən olan Şuşanın inkişafının yeni mərhələsinin başlanğıcı, Dirçəliş səhifəsidir.

-Bəyannamə həm də Azərbaycan-Türkiyə birliyini daimi edən, möhkəmlənməsini şərtləndirən tarix, mədəniyyət, ortaq köklər, dil, din, milli dəyərlər, milli maraqlar, xalqların eyni mədəni-mənəvi kökünü əks edən amillərdir;

-Şuşa Bəyannaməsi işğalçı Ermənistana və onun havadarlarına mesajdır. Regionda yaranan yeni reallıqlarla barışmaq istəməyən, Ermənistan vasitəsi ilə bölgədə öz niyyətlərini həyata keçirməyə cəhd edənlərə cavab bu müttəfiqliyin sarsılmazlığı, gələcəyə hesablanmış hədəflərinkonkret müddəaların təsbitidir.

- Bəyannamə Cənubi Qafqaz Regionunda sülhün, təhlükəsizliyin təminatçısı kimi tanınan və nüfuz qazanan Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsi, qonşu dövlətlər və xalqlar arasında əməkdaşlığın artırılmasındayeni imkanlar yaradan reallıqdır.

- Azərbaycan və Türkiyə Prezidentlərinin 2021-ci il 15 iyunda həm Füzulidə, həm Şuşada, eləcə də, 2022-ci il 26 mayda Bakıda görüşləri Türkiyənin bölgədə rolunun, Azərbaycana verdiyi siyasi dəstəyinvacib təzahürlərindəndir.

 - Bəyannamə Türkiyə və Azərbaycanın Qarabağda və Cənubi Qafqazda postmüharibə dövründə müəyyən proseslərlə bağlı Ortaq Yol Xəritəsi hazırlayacaqlarının təsdiqi oldu.

- Bəyannamə Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə də təkan veriləcək hədəflərdəndir.

Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək nöqtəyə çatdı. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi, ümumilikdə regionun tərəqqisi, sabitliyin bərqərar olmasında mühüm amildir.

Şuşa Bəyannaməsinin nailiyyətlərivə barış-sülh  prioritrtlərindəsiyasi-hərbi komponentləri nədən ibarətdir...

- Bəyannamə Cənubi Qafqazda Türkiyənin faktiki olaraq NATO  ölkəsi kimi bölgədə istinad və dayaq nöqtəsinin olmasının əsasını qoydu. Bu, Azərbaycana qarşı gələcəkdə olacaq risklər və hücumların ilk mərhələdə strateji-hüquqi mətndə təminidir. Azərbaycana hər hansı müdaxilə öncədən “tərəflərdən birinin müstəqlliyinə qarşı” aktı olaraq rəsmiləşdirib imzalandı.Bu isə Bəyannamədə elan olunan əsas məsələlərdən vacib biridir.Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhlükə yaransa, bu, üçüncü bir dövlətin təhdid və təcavüzü olaraq qəbul ediləcək, Azərbaycana qarşı təhdid  Türkiyəyə də yönəlikkimi qəbul ediləcək prioritetidir.

- Qərbin, əsas da ABŞ-ın, NATO-nun maraqlarının kəsişdiyi Yaxın Şərqdə də perspektivdə Türkiyənin nəzarəti möhkəmlənə bilər. Şuşa Bəyannaməsi məhz Türkiyənin bu yolda da barış-sülhə çağırışının və dünyada ictimai-təhlükəsizlik, siyasi sabitlik problemlərində qazandığı geostrateji Yol xəritəsi prioritetidir.

- Regionda Türkiyə çətin və mükəmməl rol daşıyır.Fransadan savayı, heç bir dövlət Türkiyənin sülh və barış kimi qlobal təşəbbüslərinə qarşı çıxmır. Səbəb isə çox sadədir: Burada əsas məqam həm də NATO üzvü olan Fransanın da maraqlarının yüksək səviyyədə mövcud olduğu regionlara nəzarətin Türkiyəyə keçməsidir.

- Türkiyə prezidenti R.T. Ərdoğanın 2021-ci il 15 iyun Şuşadakı çıxışında“Cənubi Zəngəzur dəhlizi”söyləməsi Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli razışlaşmasına istinad edilən ifadədir. Şuşa Bəyannaməsində göstərilir ki, tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılmasını və onun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisini iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində mühüm prioritetlərdəndir.

- Azərbaycan ordusu Türkiyə vasitəsilə NATO standartlarına adaptasiya ediləcək və bu dəstək Türkiyədən alınacaqdır.Yekun isə Türkiyə regiondakı ən yaxın müttəfiq dövlətin - Azərbaycanın da  NATO-nun yaxın tərəfdaşı olması imkanının yaranacağı prioritetidir.

- Bəyannamədə birgə istehsal, sənaye və invesitisya əməkdaşlığı ilə bağlı məsələlərin qoyuluşu Azərbaycanın neftdən asılılığını azaldacaq, Türkiyə ilə birlikdə milli iqtisadiyyatın inkişafı istiqamətində birgə səylərin həyata keçirilməsi prioritetlərdir.

Prezident İlham Əliyevin 8 iyul 2021-ci ildə XXIV Avrasiya iqtisadi  Zirvə Toplantısına ünvanladığı müraciətdə vurğulandığı kimi: “Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü sürətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına  istiqamətlənmiş strateji kurs həyata keçirir. Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırki proseslər Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin nailiyyətləridir.” 

Rəna Mirzəzadə,
AMEA FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, f.e.d, prof.