Dünya İqtisadi Forumunun "IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya" hesabatında Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında əldə etdiyi müsbət nəticələr yüksək qiymətləndirilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması, rəqəmsallaşma və bu sahələrdə qəbul edilmiş sənədlərin əhəmiyyəti xüsusi vurğulanır. Bu nəticələr biznes mühitinin təkmilləşdirilməsi, rəqabətədavamlı iqtisadiyyatın dəstəklənməsi və müasir həllərin tətbiqi istiqamətində aparılan islahatların effektiv reallaşmasını ifadə edir”, - deyə o qeyd edib.
Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib