15 iyun 2024 15:29
176

5 ayda Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların  sayının 965 555 nəfər təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artım deməkdir.

“İki sahil” xəbər verir ki, bunu  Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur zamanı keçirilən mətbuat konfransında bildirib.

K.Quluzadə proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib.