15 iyun 2024 15:43
224

Azərbaycanın yay mövsümündə də cəlbediciliyini atrırmaq əsas məqsəddir - Cavanşir Bayramov

Ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlardan biri mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, eyni zamanda digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, o cümlədən Azərbaycanı təkcə qış turizmi baxımından deyil, yay mövsümündə də cəlbediciliyini artırmaqdır. 

 

“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur zamanı keçirilən mətbuat konfransında Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov deyib.

 

C.Bayramov hazırda əcnəbi turistlərə yay mövsümündə haykinq, qlampinq, yamac paraşütü, vindsörfinq, kaytsörfinq, dayving, raftinq ,kempinq kimi turizm məhsullarının təklif olunduğunu, bu turizm məhsullarının mövcud və yeni bazarlara uyğunlaşdırılması istiqamətində aktiv marketinq və təşviqat kampaniyalarının keçirildiyini bildirib.