17 iyun 2024 13:44
195

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

Hazırda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr daha çox sıx təmasdadır. Türk dövlətləri arasındakı yaxşı dostluq əlaqələri getdikcə dərinləşir. Bu da həssas dönəmdə çox mühümdür.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki səsləndirib.

A.Tilki bildirib ki, Macarıstan TDT-nin müşahidəçi üzvü olmasına baxmayaraq, bu təşkilatın bütün tədbirlərində yaxından iştirak edir.

Macarıstanda Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərdiyini də diqqətə çatdıran qonaq deyib: “Başqa cür ola da bilməz. Çünki bizi qohumluq əlaqələri və ortaq dəyərlər birləşdirir, kökümüz eynidir. Adım və soyadım da bunu deməyə imkan verir”.

O bildirib ki, ölkəsinin tez bir zamanda TDT-yə üzv seçiləcəyinə əmindir.