19 iyun 2024 21:50
337

Aİ-nin komissarı Azərbaycana gələcək

Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə İttifaqın Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Qeyd edilib ki, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Rəyasət heyəti ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.