20 iyun 2024 11:20
267

Zaur Əliyev: Ambulator şəraitdə dərman təminatı layihəsi Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

“İki sahil” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur: "Bu, böyük bir ehtiyacdır. Bununla bağlı layihə təsdiq olunduqdan sonra qarşıdakı 3 ildə mərhələli şəkildə həyata keçiriləcək".