20 iyun 2024 16:44
437

Müdafiə nazirinin müavini - Baş direktor İtaliyada səfərdədir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.

“İki sahil” xəbər verir ki,  səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.