21 iyun 2024 01:14
322

Səsdən sürətli uçan qırıcı görün nə etdi

Polşa ordusuna məxsus MiQ-29 təyyarəsinin səsdən yüksək sürətlə uçuşu zamanı yaranan səs dalğası nəticəsində ölkənin şimalındakı Şalenyeç kəndində bir neçə evin damı zədələnib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Respublika Silahlı Qüvvələrinin Birgə Komandanlığı məlumat yayıb.

Hərbi jandarmanın yerli bölməsi hadisə ilə bağlı araşdırma aparır.

Ordu evlərin təmir xərclərini öhdəsinə götürüb.