21 iyun 2024 09:54
257

Lionel Messi Amerika Kubokunun tarixinə düşüb

Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, o, bu turnirdə ən çox matç keçirən futbolçu ünvanına yiyələnib.

Oyunçu bunu Kanadaya qarşı açılış qarşılaşmasında gerçəkləşdirib. Forvard ümumilikdə bu turnirdə 35-ci matçına çıxıb.

Messi həm də 7 Amerika Kubokunda iştirak edən ilk argentinalı futbolçu olub.

Qeyd edək ki, Argentina millisi bu yarışın 15 qat qalibidir.