Türkiyənin Adıyaman vilayətində meşə yanır.
“İki sahil” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir.
Hadisənin səbəbi məlum deyil.
Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub.
Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.
Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları bir neçə gündür ki davam edir.
IATA aviasiya sənayesinin eSAF qıtlığı səbəbindən itkilərinin 16 milyard avroyadək olacağını proqnozlaşdırır
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır