İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 7887 “Suyun keyfiyyəti — Rəngin tədqiqi və müəyyən edilməsi” və AZS ISO 8288 “Suyun keyfiyyəti — Kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini – Alovlu atom absorbsiya spektrometrik üsullar” yeni dövlət standartlarını qəbul edib.
“İki sahil” Dövlət Xidmətinə istinadən xəbər verir ki, standartları Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlar əsasında işləyib-hazırlayıb,
“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb. Standartlar müvafiq qurumlarla razılaşdırıldıqdan sonra AZSTAND onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edib.
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO