22 iyun 2024 01:36
542

“Cybertruck” ABŞ polisi kimi xidmət göstərəcək

“Tesla” şirkətinin “Cybertruck” modeli indi polis modifikasiyasına malikdir. O, “Tesla” elektrik avtomobillərinə əsaslanan layihələri ilə tanınan “Unplugged Performance” tüninq studiyasının “Up.Fit” adlı  xüsusi bölməsi tərəfindən hazırlanmışdır. Tərtibatçılar belə maşınları ABŞ-ın təhlükəsizlik agentliklərinə və polis idarələrinə satmağı planlaşdırırlar. Bu ildən patrul və taktiki elektriklə işləyən pikapların tədarükünə başlanılacaq.

Patrul üçün elektrik maşınının əsas versiyasında xüsusi siqnallar, siren, ictimai çıxış sistemi və salonda əlavə avadanlıq üçün idarəetmə paneli olacaq.

Studiya əlavə variantlar arasında daha güclü əyləcləri, salonda arxa divanı ayıran şəbəkəli arakəsməni, silah saxlamaq üçün qutunu və peyk vasitəsilə daimi internet bağlantısının olacağını açıqlayıb. Bundan əlavə, “Cybertruck” it bölmələrindən itləri daşımaq üçün istifadə edilə bilər. Elektrik patrul avtomobili hazırkı hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə hazırlanıb.

Tünerlər taktiki və ya axtarış-xilasetmə əməliyyatları üçün akkumulyatorla işləyən yük maşını da yarada biləcəklərini deyirlər. Belə bir avtomobil, əsasən, daha ağır yolsuzluq şəraiti üçün əlavə modifikasiyaları ilə fərqlənəcək.

Nubar Süleymanova, “İki sahil”