22 iyun 2024 09:09
380

Yumor anlayışı olan yeni çatbot təqdim edildi

"Anthropic" şirkəti rəqiblərini bir neçə cəhətdən üstələyən və insan nitqini və yumorunu daha yaxşı başa düşdüyü bildirilən yenilənmiş süni intellektli (AI) çatbot "Claude 3.5 Sonnet"i təqdim edib.

Bu barədə tərtibatçının saytında məlumat verilib.

Qeyd olunub ki, yeni "Asüni" intellekt modeli həmçinin proqram kodlarını yaza, redaktə edə və onları icra edə bilər.

Şirkətin məlumatına görə, "Claude 3.5 Sonnet" funksionallığına görə rəqiblərini qabaqlayır. Beləliklə, xüsusiyyətlərdən biri çatbotun vizual məlumatlarını tanımaq və şərh etmək, xüsusən də qrafikləri və cədvəlləri şərh etmək, keyfiyyətsiz şəkillərdən dəqiq mətn çıxarmaq qabiliyyətinin təkmilləşdirilməsidir ki, bu da xüsusilə pərakəndə ticarət, logistika və maliyyə xidmətləri sahəsində tələb olunur.

"Anthropic" neyron şəbəkəsinin universitet məzunları səviyyəsində nəticə çıxardığı, tələbələr səviyyəsində biliyə malik olduğu və peşəkarlar səviyyəsində kodlar yazdığı bildirilir. "Claude 3.5 Sonnet" şirkətin saytında və iOS üçün "Claude" proqramında pulsuz olaraq mövcuddur. Bu ilin sonunda süni intellekt tərtibatçısı yeni "Claude 3.5 Haiku" və "Claude 3.5 Opus" modellərini elan edəcəyinə söz verib.

Oxu.Az