26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələri üçün Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mediaturlar çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.
Media nümayəndələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birində olub, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.
Hərbi qulluqçularımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.