İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 154.337 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Xidmətdən bildirilib. Qeyd edilib ki, bu göstəricinin 23.989-u (15,5%) ilkin, 130.348-i isə (84,5%) isə təkrar qeydiyyatın payına düşür.
Məlumata görə, 2024-cü ilin ilk 5 ayında fərdi yaşayış və bağ evi üzərində - 23.455, mənzil üzərində - 34.094, torpaq sahəsi – 91.749, qeyri-yaşayış binası – 1.357, qeyri-yaşayış sahəsi – 3.345, əmlak kompleksi - 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39.177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Əlavə edilib ki, bu ilin yanvar-may ayları ərzində 114.705 texniki pasport tərtib edilib, 29.311 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - FOTO/VİDEO
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir