26 iyun 2024 10:07
236

Yay tətilində uşaqlarınızı kompyuterdən uzaq tutun...

Yay tətilinin başlaması ilə uşaqların telefon, planşet və ya kompyuter kimi cihazların qarşısında keçirdikləri vaxt da çoxalır. Bəs bu vaxtın çoxalması hansı riskləri artırır?

“İki sahil” xəbər verir ki, mütəxəssislər bildirirlər ki, internet qarşısında çox vaxt keçirən uşaqlarda xüsusilə diqqət, yaddaş və dil sahələrində böyük problemlər yarana bilir.

Araşdırmalar göstərir ki, yatmazdan əvvəl internetdən istifadə edən uşaqlarda narahatlıq və depressiya səviyyələri də artır.

Bu sahədə valideynlərin üzərinə mühüm vəzifələr düşür. Valideynlər uşaqların internetdən istifadəsinə limit qoymalı, sağlam vərdişlərin inkişaf etdirilməsi üçün nümunə göstərməli, aktiv oyun və oxumağa təşviq etməlidir.