27 iyun 2024 02:42
184

General Aleksandr Fomin: Rusiya-Azərbaycan əməkdaşlığı regionda sülhə istiqamətlənib

Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur, ölkələrimiz arasında tam qarşılıqlı anlayış var.

“İki sahil” xəbər verir ki, bunu Moskvada Azərbaycan Silahlı Qüvvələri Günününə həsr olunan rəsmi qəbulda iştirak edən Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin jurnalistlərə açıqlamasında bildirib.

“Biz Azərbaycanla bütün mümkün istiqamətlərdə əməkdaşlıq edirik. Ölkələrimiz o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq xətti ilə qarşılıqlı əlaqədədir. Bizim heç bir problemimiz yoxdur. İki ölkə arasında tam şəkildə qarşılıqlı anlayış hökm sürür. Demək istəyirəm ki, ölkələrimiz arasında bu əməkdaşlığın bir istiqaməti mövcddur: dünyada və regionda sülh olsun və biz dostluq şəraitində yaşayaq”, deyə general-polkovnik Fomin vurğulayıb.